AZ

Külək elektrik stansiyalarında enerji istehsalı 18%-dən çox azalıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 27,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 15639,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çoxdur. Bunun 15109,9 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.

İstilik elektrik stansiyalarında istehsal 12668,6 milyon kilovat-saat olub və bu sahədə cüzi artım (0,9%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 132,1 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır.

Su elektrik stansiyalarında enerji istehsalı 2079,6 milyon kilovat-saat olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 12,5 faiz çoxdur.

Günəş elektrik stansiyalarında istehsal 334,2 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 13,1 faiz artıma bərabərdir.

Qeyd edək ki, su təchizatı və tullantıların təmizlənməsi sahəsində də müsbət dinamika müşahidə olunub. Su təmizlənməsi və bölüşdürülməsi üzrə 387 milyon kub metr həcmində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18,3% çoxdur.

Qeyd edək ki, bu göstəricilər elektrik enerjisinin istehsalı ilə birbaşa məşğul olmayan müəssisələr nəzərə alınmadan hesablanıb.

Seçilən
63
7
bakivaxti.az

10Mənbələr