AZ

“Karvan”ın ingiltərəli yarımmüdafiəçisi: “Biz də istərdik ki, Yevlaxda oynayaq” - MÜSAHİBƏ

“Karvan-Yevlax”ın ingiltərəli yarımmüdafiəçisi Samuel Durrantın Futbolxeber.az-a müsahibəsi

- Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdiyiniz oyun barədə fikirləriniz.

- Maraqlı qarşılaşma alındı. Hesabda geri düşsək də, təslim olmadıq. Sona qədər mübarizə apardıq və yekunda 1 xal qazandıq. Əslində, qalib də gələ bilərdik. Bunun üçün şanslarımız da var idi.

- Yeni komanda olaraq çıxışınızı necə dəyərləndirirsiniz?

- Bəli, ilk oyunumuz idi. Xoş haldır ki, debütdə 1 xal qazandıq. Lakin bununla kifayətlənmək olmaz. Komanda olaraq inkişaf etməliyik, potensialımızı artırmalıyıq.

- Bu, sizin Premyer Liqada ilk oyununuz idi. Debütünüzdən razı qaldınız?

- Nəyə qadir olduğumu bildirirəm. Özümə inanıram. Bilirəm ki, komandaya xeyir verəcəyəm. Ötürmə və keçidlərimlə faydalı olacağımı düşünürəm.

- Azərbaycana gələnə qədər futbolumuz haqda hansısa məlumatınız var idi?

- Az-çox məlumatım var idi. Lakin Azərbaycan futbolu haqda daha çox öyrənməliyəm. Yaxşı komandamız, yaxşı azarkeşlərimiz olduğunu bilirəm.

- “Karvan” bir müddət ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Bu məqam çıxışınıza nə dərəcədə təsir göstərəcək?

- Əlbəttə, istərdik ki, Yevlaxda oynayaq. Doğma divarlar arasında meydana çıxmaq daha yaxşıdır. Belədə azarkeş dəstəyinin müsbət enerjisini görürsən. Düzdür, Şamaxıda da bizi dəstəkləyən fanatlar var idi. Lakin burada o dəstəyi çox da hiss etmədik. İstənilən halda gələcək oyunlara köklənməliyik.

- Şamaxı stadionunun ot örtüyü sünidir. Bu məqam çıxışınıza mənfi təsir edəcək?

- Açığı, bizim üçün problem deyil. Meydançanın durumu yaxşı da ola bilər, pis də. Hər bir şəraitdə oynamağa öyrəşmişik.

İdman.biz

Seçilən
25
50
idman.biz

10Mənbələr