Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.
Yenisabah.az general-mayor rütbəsi alan Azər Şirinovla bağlı maraqlı məqamları təqdim edir: pizza hut
Polkovnik Azər Şirinov Vətən Müharibəsi iştirakçısıdır. “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
2023-cü ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılan qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın saxlandığı “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin rəisi də Azər Şirinov olub. İyunun 15-də “Laçın” nəzarət-buraxılış məntəqəsinə bayraq sancılanda atəşə tutulan zaman ən irəlidə gedən məhz Azər Şirinov idi.
Nazim Hacıyev
Telegram kanalımız