ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Avropa İttifaqı və NATO liderləri ilə telefonla danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutteyə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşün nəticələri barədə məlumat verib.
"Prezident Tramp Ursula fon der Leyen, Avropa liderləri və NATO-nun baş katibi ilə telefon danışığı aparıb", - məlumatda deyilir.
Ağ Evdən bildirilib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb. ABŞ lideri ukraynalı həmkarını danışıqların nəticələri barədə məlumatlandırıb. Tramp Zelenskini avqustun 18-də Vaşinqtona səfərə dəvət edib.