Olaylar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüşdən sonra mətbuat konfransında deyib: "Biz məhsuldar danışıqlar apardıq. Bizim ləyaqətli sülh əldə olunması üçün imkanımız var".
Tramp qeyd edib ki, danışıqlarla bağlı Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərini məlumatlandıracaq. O, danışıqlarda iştirak edənlərə təşəkkürünü bildirib, həmçinin Putinin də Ukraynada sülhə nail olmaq istədiyini deyib.
Maraqlıdır ki, prezidentlər mətbuat üçün açıqlama verdikdən sonra heç bir sualı cavablandırmayıblar. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31