BAKI, 16 avqust. TELEQRAF
Tovuz rayonunda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.
Qeyd edilir ki, yeraltı təkanlar Tavuş vilayətinin Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə qeydə alınıb.