ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin I yarısında Azərbaycanın əhalisinin sayı 16 min 833 nəfər artıb. 0,2 faizlik bu çoxalma xalqımızın sayını 10 milyon 241 min 722 nəfərə çatdırıb.
Dövlət Statistika Komitəsinin bu açıqlamasında bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran–Astara, 8,6 faizi Abseron–Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax–Tovuz, 6,1 faizi Şəki–Zaqatala, 5,8 faizi Gəncə–Daşkəsən, 5,4 faizi Quba–Xaçmaz, 5,2 faizi Mil–Muğan, 4,9 faizi Sirvan–Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
İşğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə avqustun 1-dək 17 min 204 nəfərdən ibarət 4 min 325 ailənin qayıdışı təmin edilib. Bu bölgələrdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35 min 385 nəfər təşkil edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.