“Terminal Consulting” MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 1 895 439,05 manat təşkil edir.
“Terminal Consulting” MMC 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əlizadə Cəfər Yaşar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.