AZ

Reuters: Tramp arvadının məktubunu Putinə verib

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammit zamanı rusiyalı həmkarı Vladimir Putinə həyat yoldaşı Melaniyanın məktubunu təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evin iki rəsmisinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir: “Prezident Tramp məktubu Putinə Alyaskada apardıqları danışıqlar zamanı şəxsən çatdırıb”.

Agentliyin mənbələrinin məlumatına görə, məktubda Ukraynadakı münaqişə nəticəsində uşaqların oğurlanmasından bəhs edilir.

Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparıb. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli istiqamətində olub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
46
icma.az

10Mənbələr