Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Danışıqlarımız konstruktiv və qarşılıqlı hörmət şəraitində keçdi".
APA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında çıxışı zamanı deyib.
"Burada görüşmək tamamilə məntiqli idi. Axı bizim ölkələrimiz okeanlarla ayrılsa da, əslində yaxın qonşulardır. 4 ildir ki, Rusiya ilə ABŞ arasında heç bir görüş keçirilmir və bu cür görüşlər soyuq müharibədən bəri ən aşağı həddə düşüb. Bu, nə bizim ölkələrimizin, nə də bütövlükdə dünyanın xeyrinədir.”, - Putin bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.