ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı öz tərəfdarlarını maliyyə dəstəyi verməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlar başlayandan dərhal sonra amerikalı liderin tərəfdarlarının elektron ünvanlarına “10 dollar ianə edin” çağırışı ilə vəsait toplama məqsədli məktub göndərilib.
Məktubda siyasətçi Alyaskada havanın "bir az soyuq" olduğunu bildirib və davam edən Rusiya-Amerika sammitinin bütün dünya üçün xüsusi əhəmiyyətini vurğulayıb.