Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya uçub.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Trampla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq.
***
ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyaskaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.
***
Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.
***
ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşılayıb.
***
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.
***
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.
Görüş 2 saat 45 dəqiqə davam edib.



