AZ

Britaniyalı nazir: Qoşunlarımızı Ukraynaya göndərməyə hazırıq

BAKI, 16 avqust. TELEQRAF

Böyük Britaniya Rusiya ilə atəşkəs əldə edildikdən sonra öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə BBC News-a müsahibəsində müdafiə naziri Con Healey bildirib.

Nazir bildirib: "Çoxmillətli koalisiya qüvvələri atəşkəsin əldə edildiyi ilk gündən hərəkətə keçməyə hazırdır. Hərbi planlar tamamlanıb".

Healey qeyd edib ki, Britaniya Ukrayna əhalisini dəstəkləmək, hava və dəniz təhlükəsizliyini təmin etmək və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün öz qüvvələrini Ukrayna ərazisinə yerləşdirmək niyyətindədir.

Seçilən
8
teleqraf.com

1Mənbələr