AZ

Füzulidə maşın ağaca çırpıldı - Sürücü həlak oldu

Füzulidə ağır qəza olub, ölən var.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Böyük Bəhmənli kəndi ərazisində baş verib.

Rayonun Fin qəsəbə sakini Nadir adlı şəxs “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü Nadir İman oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Seçilən
51
3
qafqazinfo.az

4Mənbələr