AZ

Putinlə Tramp arasında Ankoricdə görüş başlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birinə keçirilir.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.

Qeyd edək ki, Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.

***23:36

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə, demək olar ki, eyni vaxtda təyyarələrindən eniblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, liderlər əl sıxışaraq bir-birlərini salamlayıblar.

Qısa söhbət və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.

Seçilən
51
6
far.az

8Mənbələr