Putin və Trampın görüşü təkbətək deyil, nazirlərin iştirakı ilə "üçün üçə" formatında keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ABŞ tərəfindən dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da görüşdə iştirak edəcəklər.