AZ

Edvin Kuç “Şamaxı” ilə oyunu buraxacaq

“Neftçi”nin futbolçusu Edvin Kuç Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda qarşılaşacaqları “Şamaxı” ilə oyunu buraxacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Neftçi” “Şamaxı” ilə matçın hazırlığını bu gün yekunlaşdırıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. Komanda üzvlərindən yalnız Edvin Kuç qarşıdakı matçda forma geyinə bilməyəck. O, ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxmaq məcburiyyətindədir.

Qeyd edək ki, “Neftçi” – “Şamaxı” oyunu sabah – avqustun 16-da “Neftçi Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Seçilən
57
50
arena.az

10Mənbələr