AZ

“Nə qədər iddialı olacağımızı deyə bilmərəm” - Rahid Əmirquliyev “Şahdağ Qusar”dan ayrıldı?

Ötən günlərdə komandanı bir yerə yığaraq hazırlığa start verən Elnur Abdullayev “Şahdağ Qusar”ın 1-ci liqada mübarizə aparacağının dəqiqləşdiyini demişdi. Rəhbərlik qarışıq hamı klubdan əlini üzəndə baş məşqçi Elnur Abdullayev və veteran Rahid Əmirquliyev komandada qalmışdı. Rahid təkliflər olsa da, komandada yığılacağı halda, qalacağını demişdi.

Bəs qaldımı? Yalnız AFFA-nın 1-ci liqa klubları üçün ayırdığı 300 min manata ümid edən komanda nə dərəcədə iddialı ola biləcək? Rahid “Futbol+”ə belə cavab verdi:
“Şükürlər olsun ki, komandamız yığıldı. Mən də komandadayam. Nə qədər iddialı olacağımızı deyə bilmərəm. Bizdə xeyli problem oldu, komanda gec yığıldı. Hansısa iddiadan danışmaq düzgün deyil. Məqsədimiz 1-ci liqada qalmaq, bacardığımız qədər yüksək pillələr üçün oynamaq olacaq”.

Xatırladaq ki, “Şahdağ Qusar” ötən mövsüm 2-ci liqada çempion olmaqla 1-ci liqaya vəsiqə qazanıb.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
20
1
football-plus.az

2Mənbələr