AZ

İngiltərədə su hövzələri quruma təhlükəsi ilə üz-üzə

İngiltərənin Derbyşir bölgəsindəki Woodhead hövzəsi son 49 ilin ən quraq dövrünü yaşayır. Suyun səviyyəsi o qədər azalıb ki, hövzənin xeyli hissəsi indi quru torpaqla örtülüb. 

News24.az xəbər verir ki, ölkənin beş bölgəsində rəsmi olaraq quraqlıq elan edilib. Balıqçılar və yerli sakinlər suya qənaət çağırışı edir. 

1976-cı ildən bəri ən quraq ilk altı ayı yaşayan İngiltərədə yağışsız günlər davam edərsə hövzələrdə su ehtiyatı kritik səviyyəyə enəcəyini bildilir. İngiltərə Ətraf Mühit Agentliyi bu vəziyyəti milli səviyyədə ciddi böhran kimi qiymətləndirir.


Seçilən
138
1
news24.az

2Mənbələr