AZ

Uşaq dünyaya gətirən robot hazırlanır DÜNYADA İLK YAŞANACAQ

Shownews saytından alınan məlumata görə, ain.az bildirir.

Fantastika filmlərində belə absurd sayıla bilən texnologiya reallığa çevrilmək üzrədir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çin alimləri uşaq dünyaya gətirə bilən "hamilə humanoid" üzərində işləyirlər.

"Kaiwa Technology” şirkətinin qurucusu Zhang Qifeng tərəfindən hazırlanmış bu robot qarın boşluğuna implantasiya edilən süni uşaqlıq vasitəsilə mayalanmadan doğuşa qədər bütün prosesi təqlid edə biləcək. 

Süni uşaqlıq boru vasitəsilə qida qəbul etmək üçün nəzərdə tutulub. İlk prototipin gələn il təqdim ediləcəyi və təxminən 100 min yuana (təxminən 23 min manat) pərakəndə satışa çıxarılacağı gözlənilir.

Şirkət rəhbəri bu texnologiyanın yetkin mərhələyə çatdığını və sistemin artıq robota inteqrasiya oluna biləcəyini, eyni zamanda insanların qarşılıqlı əlaqəsi ilə hamiləliyin baş verəcəyini bildirib. 

Ancaq embrionun necə yaradılacağı və süni bətnə necə yerləşdiriləcəyi ilə bağlı texniki detallar hələ açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr