AZ

''Bağırov'' körpüsünün üzərində işlər nə yerdədir?VİDEO

Bir tərəfdə tıxacdır, digər tərəfdə isə sürətli şəkildə təmir işləri görülür... Bura, üç gündür nəqliyyatın hərəkətinə bağlı olan ''Bağırov'' körpüsünün üstüdür...

''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhimdar Cəmiyyəti tərəfindən ayın 12-i səhər saatlarından körpünün üzərindəki geriyə dönmədə təmir işlərinə başlanıb.

İş icraçıları ''Xəzər Xəbər''ə bildirdilər ki, dəmir yolu xətlərinə toxunulmadan ətraf ərazilər təmir edilir. Hazırda yol yatağı üzərində beton konsturuksiyalar, bərkitmə işləri görülür.

''Koroğlu'' metro stansiyası istiqamətində işlər yekunlaşdıqdan sonra, körpü üzərindən Heydər Əliyev mərkəzi istiqamətində geridönmədə hərəkət tam məhdudlaşdırılaraq təmir işlərinə başlanacaq.

İş icraçıları deyirlər ki, ümumilikdə işlərin 10 günə başa çatdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
49
5
xezerxeber.az

7Mənbələr