Rusiya Federasiyasında azərbaycanlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.
Belə ki, 3 yaşlı Amiral Seyidov binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Məlumata görə, mərhumun atası əslən Cəlilabad rayonundandır. O, uzun müddətdir ki, Rusiyada yaşayır.