AZ

“Heç kimə asan təslim olmayacağıq” - Azər Həşimov

“Karvan-Yevlax” - “Qəbələ” oyunundan sonra nominal meydan sahiblərinin baş baş məşqçisi Azər Həşimov jurnalistlərin önünə çıxdı.
- Çempionatın açılışı həmişə çətin olur. Bərabər, mübarizəli oyun keçdi. Bu gün bir xal qazandıq. “Qəbələ”yə uğurlar arzulayıram.
- Bu gün baş məşqçi kimi debütünüz idi. Nə dərəcədə oyuna motivasiya olmuşduz?
- Rəqibdən asılı olmayaraq, əzmkar olmağa çalışırıq. Futbolçu olanda necə döyüşkən olmuşamsa, futbolçularıma da onu aşılayıram. Məşqçi futbolçuların simasıdı.
- Araz Abdullayev nə vaxt hazır olacaq?
- Araz gələcəkdə tam hazır olacaq. Özüm sonradan meydana daxil olmasını istədim.
- Bu mövsüm üçün hədəfiniz nədi?
- Premyer-liqada möhkəmlənmək, rəqiblərə qarşı güclü çıxış etmək.
- Mövsüm başlamamış “Karvan–Yevlax” və “İmişli” autsayder kimi göstərilirdi. Siz necə düşünürsüz, belə olacaq?
- Heç kimə asan təslim olmayacağıq. Bütün komandalara qarşı sona qədər vuruşacağıq.
- Qapıçı oyunun qəhrəmanı idi. Hardan tapmısız?
- Yaxşı qapıçıdı. Seçimimizin nəticəsidi. Baxdıq, bəyəndik, götürdük.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
16
football-plus.az

1Mənbələr