AZ

“Bu, “Qarabağ”ı çox həvəsləndirdi, üstümüzə dalğa kimi gəldilər”

"Şkendiya"nın qapıçısı Babukarr Qaye Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a uduzduqları məğlubiyyəti (1:5, ilk oyun - 0:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı qolkiper deyib:

"Düşünürəm ki, “Qarabağ” layiqli qələbə qazandı. Biz əvvəlcə qol vura bildik, sonra isə rəqibə qapımızın yaxınlığında çoxlu qol imkanları yaratmağa imkan verdik.

"Qarabağ” onların bəzilərini qola çevirdi. Təbii ki, oyundan əvvəl daha yaxşı nəticəyə ümid edirdik, amma etiraf etmək lazımdır ki, onlar bizdən güclüdür.

Üstəlik, stadionda elə ab-hava var idi ki, bu, “Qarabağ”ı çox həvəsləndirirdi və onlar üstümüzə dalğa kimi gəlirdilər. “Qarabağ”a növbəti mərhələdə uğurlar arzulayıram".

Seçilən
10
sportinfo.az

1Mənbələr