AZ

Alyaska görüşündə ABŞ nümayəndə heyətinin tərkibi açıqlandı

Bakı. Trend:

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və DonaldTrampın bu gün Alyaskadakı görüşündə danışıqlar aparacaq Amerikanümayəndə heyətinin tərkibini açıqlayıb.

Trend xəbərverir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika tərəfini görüşdə ABŞ dövlətkatibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, Xəzinədarlıqkatibi Scott Bessent,Ticarət katibi Hovard Lutnik, CIA direktoruCon Ratcliffe təmsil edəcək.

Bundan əlavə, ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evinaparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, BoHarrison, Den Skavino, kommunikasiyalar üzrə direktor Stiven Çun,Ağ Evin mətbuat katibi Karolin Levitt və ABŞ Prezidentininköməkçisi Nik Luna da Ankoricə uçacaq.

Dövlət başçısını, həmçinin, onun spikeri Ross Uortinqton və AğEvin icraçı katibi Uill Şarf müşayiət edəcək.

Seçilən
5
6
az.trend.az

7Mənbələr