AZ

“Bəzi futbolçular həyəcandan, ya da hansısa səbəbdən özünü göstərə bilmədi” - Kaxaber Sxadadze

Misli premyer-liqasının yeni mövsümünün açılış matçı heç-heçə bitdi – 1:1. “Karvan-Yevlax” - “Qəbələ” oyunundan sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavabladı.
- Hər kəsi təbrik edirəm çempionatın startı münasibəti ilə. İnanıram ki, yaxşı çempionat olacaq. Xeyli, 6-7 qol imkanımız oldu. Hər bir futbolçudan razıyam. Uşaqlar yaxşı çalışdı. Ehtiyatdan meydana daxil olanlara zaman lazımdı.
- Əsas heyət futbolçularını çıxarandan sonra hücumlarınızın kəsəri azaldı. Siz də belə düşünürsüz?
- Əlbəttə, razıyam. Dəyişilən futbolçular artıq yorulmuşdu. Sonradan meydana çıxanların necə oynaması özlərindən asılıdı. Bəzi futbolçular həyəcandan, ya da hansısa səbəbdən özünü göstərə bilmədi. Bu oyunlarda oynamasalar, harda oynayacaqlar?”
- 1-ci liqa ilə premyer-liqa arasında fərq hiss edirsiniz? Ötən mövsümdən qalan 5-6 futbolçu start heyətində idi.
-Bəli, fərq aşkar səviyyədədi. Şahin, Nicat və digər futbolçular var ki, ötən mövsüm 19 yaşında oynayıb. Səlahətlə Murad da bizimlə idi. Doni bu günə qədər peşəkar liqada oynamamışdı, amma oynamağa layiqdi.
- Bu mövsüm komandanın qarşısına qoyulan hədəf nədi?
- Məqsədimiz mümkün qədər yüksək pillələr uğrunda oynamaqdı. Addım-addım daha yaxşı oynamğa çalışacağıq. “Qarabağ”, “Zirə”, “Sabah” kimi komandalar var, bunu başa düşürük. Amma heç bir komandadan çəkinmirik.
- Qol fürsətləriniz kifayət qədər çox oldu, bunu qola çevirə bilməməyin əsas səbəbi nədi?
- Qapıçı çox yaxşı idi. Oyunçularımda təcrübə çatmadı. Sevinirəm ki, bu qədər qol imkanımız oldu.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
6
football-plus.az

1Mənbələr