AZ

Ərdoğan onları ittiham etdi

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib.

Redaktor.az  "Habertürk"ə istinadən xəbər verir ki, o, bu barədə "Əl-Cəzirə" nəşrində dərc olunan "Bəşəriyyətin vicdanı Qəzzada sınanılır" sərlövhəli məqaləsində yazıb.

Ərdoğan qeyd edib ki, Qəzzada baş verənlər qarşısında dünyanın səssizliyi və kiçik reaksiyaları zülmün davam etməsinə zəmin hazırlayır:

"Qərb dünyası başqa böhranlarla bağlı sürətlə hərəkətə keçdiyi halda, Qəzza ilə bağlı tərəddüdü beynəlxalq nizamın etibarını sarsıdır. Bu bir həqiqətdir ki, Ukrayna böhranına göstərilən sürətli və hərtərəfli həssaslıq Qəzzada baş verənlərdə də özünü göstərsəydi, bu gün tamam başqa mənzərə ilə üzləşərdik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
7
redaktor.az

8Mənbələr