Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turuna start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyunu Şamaxıda keçirilib. Mövsümün ilk matçında yenicə elitaya yüksəlmiş iki komanda – “Karvan”la “Qəbələ” üz-üzə gəlib.
Oyunu FIFA referisi idarə edib. Matçın baş hakimi Əliyar Ağayev olub. Mövsümün ilk matçının ilk hissəsi qolsuz bitib. İkinci hissənin əvvəlində “Qəbələ” hesabı açıb. Mövsümün ilk qolunu Domi Massumo vurub. Amma “Karvan” matçın sonlarında hesabı bərabərləşdirməyi bacarıb. Bu, mövsümün ilk avtoqolu nəticəsində mümkün olub. Murad Musayev öz komandasını qələbədən edən avtoqola imza atıb.
İlk turun qalan görüşləri avqustun 16-da, 17-də və 19-da keçiriləcək. Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.
Premyer Liqa
1-ci tur
15 avqust
“Karvan” – “Qəbələ” 1:1
Qollar: Murad Musayev, 78-öz qapısına – Domi Massumo, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu.
Karvan: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.