AZ

Ərdoğan tənqid etdi: Ukrayna böhranına göstərilən həssaslıq Qəzzadakı vəhşilik zamanı da göstərilsəydi...

BAKI, 15 avqust. TELEQRAF

"Qərb dünyasının digər böhranlarda sürətlə hərəkət etməsinə baxmayaraq, Qəzza məsələsində göstərdiyi ikili standart, prinsip və qaydalara əsaslandığını iddia edən beynəlxalq sistemin inandırıcılığını zəiflədir: "Ukrayna böhranına göstərilən sürətli və genişmiqyaslı həssaslıq Qəzzadakı vəhşilik zamanı da göstərilsəydi, bu gün tamamilə fərqli bir vəziyyətlə qarşı-qarşıya olardıq. İsrailin hər hansı sanksiya ilə üzləşmədən hərəkət etməsi, beynəlxalq hüquq və insan haqları normalarının aşınmasına gətirib çıxarır. Qəzzadakı böhran, beynəlxalq ictimaiyyətin əsas humanitar dəyərləri qoruyub qoruya biləcəyini göstərəcək bir sınaq məqamıdır".

Teleqraf xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Əl-Cəzirə" nəşrində dərc olunan "Bəşəriyyətin vicdanı Qəzzada sınanılır" sərlövhəli məqaləsində qeyd olunub.

O, Qəzza zolağında yaşanan faciəni yalnız dar bir coğrafiyada baş verən münaqişə kimi deyil, insanlığın ortaq vicdanını yaralayan və hər keçən gün dərinləşən bir humanitar fəlakət kimi qiymətləndirib.

"Türkiyə başından etibarən Qəzzadakı zülmün və ağırlaşan humanitar fəlakətin sona çatdırılması üçün israrlı, tutarlı və qərarlı bir mövqe nümayiş etdirib. AFAD, Qızıl Aypara və qeyri-hökumət təşkilatlarımız bölgədə fəal fəaliyyət göstərir; bütün əngəllərə baxmayaraq, bölgədəki qardaş ölkələrin də dəstəyi ilə qida, dərman və tibbi ləvazimatlar çatdırılır. Qəzzalı yaralılar Türkiyəyə gətirilərək müalicə olunur. Yardımlar yalnız təcili ehtiyacları qarşılamır, eyni zamanda Qəzza xalqının tək olmadığını bütün dünyaya çatdırır. Diplomatik sahədə isə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində atəşkəs çağırışlarımız davam edir; Fələstinli qruplar arasında vasitəçilik səylərimiz də davam etməkdədir".

Seçilən
41
teleqraf.com

1Mənbələr