Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 15 avqust, AZƏRTAC
Bu gün Enactus Azərbaycan Milli Yarışının final mərhələsi keçirilib. Gənclər Fondu uzun müddətdir ki, Enactus Azərbaycan təşəbbüsünə dəstək göstərir. Bu platforma gənclərə öz bacarıqlarını nümayiş etdirmək, şəxsi inkişaflarını təmin etmək və özlərini sübut etmək üçün mühüm imkan yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev bildirib.
O deyib ki, fond hər zaman belə gəncləri təşviq edən layihələri dəstəkləyir: “Nəzərə alsaq ki, bu yarışın qalibi dünya çempionatında Azərbaycanı təmsil edəcək, bu, ölkəmizin istedadlı gənclərinin beynəlxalq miqyasda uğur qazanması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm gənclərimizin, həm də bütövlükdə ölkəmizin uğurudur. Gənclər Fondu olaraq inanırıq ki, güclü olan qalib gələcək və biz belə layihələri hər zaman dəstəkləməyə hazırıq”.
Yusif Vəliyev qeyd edib ki, Enactus Azərbaycan Milli Yarışı ölkə gənclərinin innovativ ideyalarını və sosial təşəbbüslərini reallaşdırmaları üçün beynəlxalq standartlara uyğun mühüm bir platforma olaraq tanınır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.