AZ

Lukaşenko Trampı və ailəsini Minskə dəvət edib

Belarus və ABŞ prezidentləri Aleksandr Lukaşenko və Donald Tramp telefon danışığında ikitərəfli gündəliyi, regional məsələləri və Ukrayna mövzusunu müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın “Pool of the First” Telegram kanalı məlumat yayıb.

“Müzakirələrdə iki ölkə liderləri ikitərəfli gündəlikdəki məsələləri, regional mövzuları və qaynar nöqtələrdəki vəziyyəti, o cümlədən Ukraynanı nəzərdən keçiriblər. Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Belarus Prezidenti Donald Trampı və ailəsini Minskə dəvət edib və bu dəvət qəbul olunub”, – məlumatda qeyd edilir.

Seçilən
74
50
operativmedia.az

10Mənbələr