Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar olaraq Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, bu, avqustun 18-dən etibarən reallaşacaq.
“Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər”, - məlumatda bildirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta