AZ

Yenə qaz olmayacaq

Masallı rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.

 

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi ilə əlaqədar, 18 avqust 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla beş yaşayış məntəqəsində, ümumilikdə 6 000 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 15 Avqust 2025, 18:32   
Seçilən
32
17
pravda.az

10Mənbələr