Fanat saytına istinadən ain.az xəbər verir.
"Fənərbağça" transfer bazarında hərəkətli günlərdən birini yaşayır.
Fanat.Az xəbər verir ki, "sarı-göylər" Kerem Aktürkoğlunun transferi üçün "Benfika" ilə 22,5 milyon avro + 2,5 milyon avro bonus qarşılığında razılığa gəlsələr də, bu gün fikirlərini dəyişiblər.
İnformasiyanı sosial şəbəkələrdə tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, Portuqaliya klubu bu addıma sərt reaksiya göstərib və danışıqlara fasilə verib. "Sarı bülbüllər" daha sonra "Benfika"ya təxminən 18 milyon avro məbləğində yeni rəsmi təklif göndəriblər. Lakin Lissabon təmsilçisi bu məbləğə "yox" deyib.
Keremin karyerasına harada davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.