AZ

Qusarda baltalanan qadın Bakıya köçürüldü, vəziyyəti ağırdır

Qusar rayonunun Yuxarı Tahircal kəndində 12-ci əri tərəfindən baltalanan Şəlalə Ömərova Bakıya gətirilib.

News24.az xəbər veri ki, qadının yaxınlarının oxu.az-a verdiyi məlumata görə, hadisə nəticəsində ağır xəsarətlər alan Ş.Ömərovaya Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilsə də, onun vəziyyəti ağırlaşıb. Yaralı qadın Təcili Tibbi Yardım briqadası ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib. Qadın hazırda reanimasiya şöbəsindədir, vəziyyəti olduqca ağır qiymətləndirilir.

Xatırladaq ki, rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov mübahisə zəminində qeyri-rəsmi yaşadığı, 1977-ci il təvəllüdlü Şəlalə Ömərova və onun qardaşı, 1968-ci il təvəllüdlü Şirin Ömərovu yatdıqları yerdə baltalayıb. Hadisə nəticəsində Şirin Ömərov hadisə yerində ölüb, Şəlalə Ömərova isə ağır baş və bədən xəsarətləri alıb.

Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Məlumata görə, V.Əlibəyov Ş.Ömərovanın qeyri-rəsmi 12-ci əri olub.

Faktla bağlı cinayət işi başlanılıb.


Seçilən
41
4
news24.az

5Mənbələr