AZ

Sərhədi qanunsuz keçən azərbaycanlı yolda saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşını dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək saxlayıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

İstintaq müəyyən edib ki, 1998-ci il təvəllüdlü şəxs Gürcüstan dövlət sərhədini sərhəd nəzarət məntəqəsindən kənar, qanunsuz şəkildə keçib. O, Tbilisi–Marneuli yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Nazirliyin açıqlamasına görə, sözügedən cinayət əməlinə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbər 2 dəfə oxunub.
Seçilən
15
xezernews.az

1Mənbələr