AZ

İsrail İranı yeni hücumla hədələyib

İsrail

İsrailin Baş Qərargah rəisi Eyal Zamir, lazım gələrsə, İrana yeni hücumlar edəcəyi ilə hədələyib.

Xalqcebhesi.az xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxış edərək, İsrailin lazım gələrsə İrana yenidən hücum etməyə hazır olduğunu bildirib.

Baş Qərargah rəisi Zamirin təhdidləri İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin Beyruta səfəri zamanı Livana hücumlar təşkil etdiyi üçün İsraili “yırtıcıya çevrildiyi”nə görə tənqid etməsindən cəmi bir gün sonraya təsadüf edib.

İsrail ordusunun İrana, Livanda Hizbullaha və Yəməndə İranın dəstəklədiyi Husilərə hücum etdiyini deyən Zamir, "Lazım gəldikdə yenidən hücuma hazırıq" deyib.

Zamir iyun ayında 12 gün davam edən İsrail-İran münaqişəsini “ekzistensial təhlükənin real təhlükəyə çevrilməmiş aradan qaldırılmasına yönəlmiş qabaqlayıcı müharibə” kimi qiymətləndirib.

Məryəm Quliyeva

Seçilən
4
1
xalqcebhesi.az

3Mənbələr