AZ

Ford benzin qoxusunu sevənlər üçün xüsusi ətir hazırlayıb

Ajans.az Ford şirkətinə istinadən xəbər verir ki,elektrikli avtomobil alıcılarının 70%-i daxili yanma mühərrikli avtomobildən keçərkən benzin qoxusunu darıxacağını bildirib. Mach-Eau adlanan bu ətir, Ford-un yüksək performanslı elektrik krossoveri Mustang Mach-E GT modelini tanıtmaq üçün hazırlanıb. Ətirin tərkibində “dumanlı akordlar”, rezin notları və Mustang irsinə işarə edən “heyvani” elementlər yer alır. Qoxu, İngiltərədə yerləşən Olfiction şirkəti tərəfindən yaradılıb. Olfiction-un məlumatına görə, ətirin hazırlanmasında avtomobil salonundan gələn benzaldehid (badam qoxusu) və təkər qoxusunu formalaşdıran para-krezol kimi kimyəvi komponentlərdən ilham alınıb. Bu əsas notlar mavi zəncəfil, lavanda, ətirşah və səndəl ağacı kimi ətirli bitkilərlə birləşdirilib. Ətir satış üçün nəzərdə tutulmayıb və yalnız tanıtım məqsədilə təqdim olunur. Onun hazırlanmasının əsas məqsədi Ford-un yeni Mach-E GT modelinə diqqət çəkməkdir. Model 480 at gücünə, tam ötürücülü sistemə malikdir və 0-100 km/saat sürətə cəmi 3,7 saniyəyə çatır.

 

Seçilən
122
Ajans.az

1Mənbələr