Çinin Çjetzyang Universitetinin mühəndislərinin hazırladıqları dördayaqlı robot 100 metr məsafəyə qaçışda yeni rekord qırıb. “Ağ kərgədan” adlı robot bu məsafəni 16,33 saniyəyə qət edib. Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq meydançasında qeydə alınıb.
Bundan əvvəl Cənubi Koreya robotu “Hound” robotu 100 metr məsafəni 19,87 saniyəyə qət etmişdi.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”