AZ

Azərbaycanda qızıl istehsalı 50 faiz artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 862,7 kq qızıl istehsal edilib.

Yenisabah.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 614,5 kq və ya 49,2% artıb. pizza sifarişi

2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 1 248,2 kq təşkil edib.

1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 167,5 kq təşkil edib ki, bu da illik müqayisədə 151,9 kq və ya 1,9 dəfə azdır.

Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 319,4 kq olub.


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr