AZ

Tramp Alaskaya uçdu

Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Vaşinqtondan Alyaskanın Ankoric şəhərinə uçub.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidentinin nümayəndə heyətinə dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, ümumilikdə 16 nəfər daxildir.

Tramp Ankoricə uçmazdan əvvəl "Truth Social" şəbəkəsində hazırda baş verən hadisələrin ciddiliyi barədə yazıb: "Qumara qoyulan bank yüksəkdir!" Dominos pizza

Prezident konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Putin və Tramp arasında görüş Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq.


Telegram kanalımız
Seçilən
66
50
yenisabah.az

10Mənbələr