AZ

Avtobusdan istifadə edənlərin sayı 1 milyardı ötdü

BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında avtobusdan istifadə edən sərnişinlərin sayı 1 milyard 5 milyon 194,9 min təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artım deməkdir.

Dövr ərzində taksidən istifadə halları isə cüzi azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında taksidən istifadə edən sərnişinlərin sayı 47 milyon 137,4 min olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalma deməkdir.

Qeyd edək ki, yanvar-iyul aylarında, avtomobil nəqliyyatı ilə toplam 1 milyard 52 milyon 332,3 min sərnişin daşınıb. Bu da ötən ilə nisbətdə 5,8% artım deməkdir.

Seçilən
17
50
teleqraf.com

10Mənbələr