AZ

16 Avqust 2025: Azərbaycanda hava proqnozu – Yağış və şimşək

Azərbaycanda avqustun 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Finss.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış və şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +21–25°C, gündüz +28–31°C təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz 45–50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış və şimşək gözlənilir, leysan xarakterli intensiv yağış və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman, bəzi yerlərdə şərq küləyinin arabir güclənməsi mümkündür.

Havanın temperaturu rayonlarda gecə +20–24°C, gündüz +29–34°C, dağlarda isə gecə +13–18°C, gündüz +20–25°C olacaq.

Əlavə bax: Onlayn nağd pul krediti – Şəxsi ehtiyaclar üçün

Seçilən
25
3
fins.az

10Mənbələr