Hazırda "Santos"da çıxış edən braziliyalı superulduz Neymar son üç ildə ilk dəfə ardıcıl 6 oyun keçirib.
Referans xəbər verir ki, "WhoScored" statistika portalının hesabatına görə, söhbət onun 90 dəqiqə meydanda keçirə bildiyi matçlardan gedir.
Neymar 2023-cü ildən bəri ilk dəfədir ki, ardıcıl performans nümayiş etdirir. Bu 6 matçda braziliyalı 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
Neymar bu ilin yanvarında karyerasına başladığı Braziliyanın "Santos" klubuna azad agent kimi qayıdıb.(Fanat.Az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta