"Milan" yeni futbolçu transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə Seriya A təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


"Yanq Boyz"da çıxış edən İsveçrənin U-21 millisinin üzvü Zakari Atekame heyətə cəlb edilib. 20 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.


Atekame ötən mövsüm "Yanq Boyz"un heyətində meydana çıxdığı 43 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.