AZ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov avqustun 15-də Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa və ətraf rayonlardan olan vətəndaşlarla görüşüb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdən öncə sədr Zaur Mikayılov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.

Sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, yeni subartezian quyularının qazılması və təmiri, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşlarla görüş və onların müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Seçilən
18
50
azertag.az

10Mənbələr