AZ

"Qalatasaray" Fransa klubunun futbolçusunu heyətinə qatmaq istəyir

Türkiyənin "Qalatasaray" klubu Fransa təmsilçisi "Lion"da çıxış edən Eynsli Meytland-Naylsı heyətinə qatmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" 27 yaşlı müdafiəçinin keçidi üçün təklif hazırlayır. Oyunçu özü də İstanbul klubunda çıxış etməkdə maraqlıdır.

Qeyd edək ki, Eynsli Meytland-Nayls ötən mövsüm bütün turnirlərdə "Lion" forması ilə 44 matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Liqa 1 təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Seçilən
35
report.az

1Mənbələr