AZ

Avropa İttifaqı turistlərlə bağlı yeni sistem tətbiq edəcək

Bakı. Trend:

Avropaya səyahət edən turistlər 12 oktyabr 2025-ci il tarixindənetibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətlidəyişikliklərlə üzləşəcəklər.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki,Avropa İttifaqı üzv olmayan ölkələrinvətəndaşları üçün pasportlardakı ənənəvi möhürləri rəqəmsalbiometrik skanerlə əvəz edən yeni Giriş/Çıxış Sistemini (EES)istifadəyə verəcək.

Məlumata görə, əcnəbilər biometrik məlumatları təqdim etməkdənimtina edə bilməyəcək, əks halda, ölkəyə giriş qadağanediləcək.

Sistem Kipr və İrlandiya istisna olmaqla Aİ-nin bütün üzvdövlətlərində, həmçinin İttifaqa daxil olmayan dörd Şengenölkəsində - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyətgöstərəcək.

Qeyd edilir ki, sonuncu yenilik 2026-cı ilin sonunda başverəcək. Sistem Aİ üzvü olmayan ölkələrdən olan səyahətçilərdənŞengen zonasına getməzdən əvvəl 20 avro rüsum ödəməyi və əvvəlcədənicazə almağı tələb edəcək.

Seçilən
30
az.trend.az

1Mənbələr