"Neftçi" klubu iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" iki oyunçunun adını siyahıya təqdim etməyib.
Bunlar Andrey Ştoqrin və Ryonosuke Ohoridir. Paytaxt təmsilçisi hər iki legionerlə vidalaşmaq niyyətindədir.
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının ilk turunda avqustun 16-da "Şamaxı"nı qəbul edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta