AZ

Qadın hakimə toxunan iranlı futbolçu meydandan qovuldu

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Kuboku çərçivəsində keçirilən “Rostov” – “Pari NN” oyununda baş hakim Vera Opeykinа yarımmüdafiəçi Məhəmməd Mohebini idman etikasına zidd davranışa görə meydandan qovub.

Lent.az yerli mediaya istinadla bildirir ki, qarşılaşmanın 85-ci dəqiqəsində iranlı futbolçu qadın hakimə toxunduğuna görə ikinci sarı vərəqə alıb və meydanı tərk etməyə məcbur olub.

“Rostov” artıq 73-cü dəqiqədə Aleksandr Tarasovun meydandan qovulmasından sonra azlıqda oynayıb. Nəticədə Nijni Novqorod klubu Xuan Bosellyanın qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib.

36 yaşlı Opeykinа, kişilər arasında keçirilən oyunlarda çalışan azsaylı FIFA qadın hakimlərindən biridir. 2023-cü ildə o, Rusiya Kuboku oyununu idarə edən ilk qadın kimi tarixə düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
lent.az

2Mənbələr